IMG-LOGO

AEBA: İranın nüvə obyektlərində zədələnmə əlamətləri aşkar edilməyib

04 Mar 2026 15:35 3 baxış
IMG

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandakı nüvə obyektlərində zədələnmə əlamətləri aşkar etməyib.

"Report" xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilib.

"AEBA hazırda əlçatan olan son peyk görüntülərinin təhlilinə əsasən, İranda nüvə materiallarının saxlanıldığı obyektlərə ziyan dəydiyini müşahidə etmir; müvafiq olaraq, radioaktiv sızma təhlükəsi yoxdur. Digər nüvə obyektlərinə, o cümlədən Buşehr AES-ə də təsir yoxdur", - məlumatda bildirilib.

Eyni zamanda qeyd olunub ki, İsfahandakı nüvə obyektinin yaxınlığında iki binada zədələnmələr qeydə alınıb. Əvvəllər yeraltı otaqlara aparan tikililərin zərbəyə məruz qaldığı Natanz kompleksinin ərazisində yeni dağıntılar müşahidə olunmur.

Xəbər lenti