Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İranın hücumları nəticəsində üç əcnəbi - Pakistan, Nepal və Banqladeş vətəndaşları həlak olub.
"Report" xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Bundan əlavə, 78 nəfər yaralanıb. Onların arasında BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan və digər ölkələrin vətəndaşları var.