Ötən il Azərbaycan 47,54 milyon ABŞ dolları dəyərində 131 min 335 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 8 % azdır.
Azərbaycan Türkiyədən 20 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7 dəfə çox) 59 min 961 ton (+6 dəfə), Gürcüstandan 7,75 milyon ABŞ dolları dəyərində (-3 %) 22 min 61 ton (-8 %), Pakistandan 7,13 milyon ABŞ dolları dəyərində (+230 dəfə) 16 min 592 ton (+166 dəfə), Rusiyadan 5,97 milyon ABŞ dolları dəyərində (-28 %) 16 min ton (-52 %), İrandan 4,71 milyon ABŞ dolları dəyərində (-73 %) 13 min 551 ton (-80 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 142 min 897 ton kartofun 46,5 %-i İranın, 23,2 %-i Rusiyanın, 16,8 %-i Gürcüstanın payına düşüb.
Azərbaycan kartof məhsulu üzrə həm idxalatçı, həm də ixracatçı ölkə kimi çıxış edir. Belə ki, ötən il Azərbaycan 28,39 milyon ABŞ dolları dəyərində (+38 %) 71 min 430 ton (+48 %) kartof ixrac edib.
Azərbaycan Rusiyaya 22,97 milyon ABŞ dolları dəyərində (+26 %) 59 min 975 ton (+41 %), Belarusa 3,15 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 5 min 693 ton (+2,7 dəfə), Ukraynaya 1,82 milyon ABŞ dolları dəyərində (+95 %) 4 min 394 ton (+50 %), Gürcüstana 303,4 min ABŞ dolları dəyərində (+49 %) 1 min ton (+52 %), Qazaxıstana 85,4 min ABŞ dolları dəyərində (+4,7 dəfə) 214 ton (+5,1 dəfə) məhsul satıb.