IMG-LOGO

İran gəmisi Şri-Lanka sahillərində sualtı qayığın hücumuna məruz qalıb - YENİLƏNİB

04 Mar 2026 13:58 38 baxış
IMG

İran gəmisi Şri-Lanka sahillərində sualtı qayığın hücumuna məruz qalıb, ən azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" ölkənin hərbi-dəniz donanmasındakı mənbələrə istinadən məlumat yayıb.

Sualtı qayığın kimə məxsus olduğu barədə hələlik məlumat yoxdur.

Bu gün səhər saatlarında Şri-Lankanın xarici işlər naziri Vicita Herath hərbçilərin batan gəmidən ən azı 30 nəfəri xilas etdiyini bildirmişdi.

12:22

Şri-Lanka hərbçiləri öz ərazi sularında batan İran gəmisindən azı 30 nəfəri xilas ediblər.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Şri-Lankanın xarici işlər naziri Vicita Herath bəyan edib.

Daha əvvəl Şri-Lanka Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, ölkənin Hərbi-Dəniz Qüvvələri (HDQ) İran gəmisindən göndərilən təhlükə siqnalından sonra xilasetmə əməliyyatına başlayıb.

Şri-Lankanın XİN başçısı əlavə təfərrüatlar təqdim etməyib, lakin müvafiq tədbirlərin görüləcəyini bəyan edib.

Yerli KİV bildirib ki, gəmi ölkənin cənubundakı Qalle sahillərində təhlükə siqnalı göndərib və zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Mənbə: report.az

Xəbər lenti