IMG-LOGO

Barro: Fransanın "Rafale" qırıcıları BƏƏ səmasında İran dronlarını vurub

04 Mar 2026 12:45 3 baxış
IMG

Fransa qırıcıları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səmasında İranın pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirib.

"Report" Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyanat verib.

Onun sözlərinə görə, Fransa "Rafale" qırıcılarını havaya qaldırıb.

Daha əvvəl Barro bildirmişdi ki, Fransa İran tərəfindən edilən hücumlardan hərbi dəniz və hərbi hava bazalarını qorumaq üçün Əbu-Dabi yaxınlığındakı Əl-Dafra bazasında "Rafale" qırıcılarını yerləşdirib.

Fransa Prezidenti Emmanuel Makron elan edib ki, ölkə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar öz aviadaşıyıcısını Aralıq dənizinə göndərir.

Xəbər lenti