IMG-LOGO

Yaxın Şərq ölkələrində olan 400 min Fransa vətəndaşı repatriasiya üçün müraciət edib

04 Mar 2026 12:49 5 baxış
IMG

Fransa vətəndaşlarının Yaxın Şərq ölkələrindən geri qaytarılması üçün təşkil edilən ilk təyyarə Parisə çatıb.

"Report" xəbər verir ki, bu barədə "France24" telekanalı məlumat yayıb.

"Fransa hökumətinin gərginlik başlayandan bəri Yaxın Şərqdəki vətəndaşların repatriasiyası üçün təşkil etdiyi ilk reys bu gün səhər Omandan Şarl de Qoll hava limanına çatıb. "Air France" aviaşirkətinin təyyarəsində şirkətin əməkdaşları, müştərilər, xüsusilə azyaşlı uşaqlı ailələr və hamilə qadınlar olub", - məlumatda bildirilib.

Hökumətin məlumatına görə, regionda olan təxminən 400 min Fransa vətəndaşı repatriasiya üçün müraciət edib.

Xəbər lenti