IMG-LOGO

Pedro Sançes Trampa: Milyonların taleyi ilə oynaya bilməzsiniz

04 Mar 2026 12:56 3 baxış
IMG

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Madridlə ticarəti azaltmaq barədə təhdidlərinə cavab verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Baş naziri xalqa televiziya ilə müraciət edib.

O vurğulayıb ki, İspaniya Yaxın Şərqdə davam edən müharibənin gətirdiyi fəlakətlə mübarizə aparır.

"Bəşəriyyətin böyük fəlakətləri belə başlayır. Milyonların taleyi ilə "rus ruletkası" oynaya bilməzsiniz", - Baş nazir bəyan edib.

Xatırladaq ki, iki ölkə arasında gərginlik Sançesin ABŞ və İsrailin İranı bombalamasını pisləməsindən sonra daha da artıb.

Xəbər lenti