Kipr hökuməti Livan səmasında şübhəli obyektə görə hava məkanının bir hissəsini müvəqqəti bağlayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətindəki mənbə bildirib.
Onun sözlərinə görə, şübhəli obyekt Kiprin hava məkanı yaxınlığında, Livan ərazisində qeydə alınıb. Bununla əlaqədar Larnaka Beynəlxalq Hava Limanı üzərindəki hava məkanının bağlanması barədə qərar qəbul edilib.
Digər təfərrüatlar açıqlanmayıb.