IMG-LOGO

Cərimə ilə bağlı bu bildirişlər SAXTADIR - XƏBƏRDARLIQ

04 Mar 2026 12:11 3 baxış
IMG
0 0

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılır. Həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumatda bildirilir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar:

"Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır".

Hadisələr

Xəbər lenti