IMG-LOGO

Fərid Qayıbov: "Artıq qış idman növlərində ölkəmizi yerli idmançılar təmsil edirlər"

04 Mar 2026 11:53 4 baxış
IMG

Azərbaycanı "Şahdağ" Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Dünya Kuboku və Avropa çempionatında yerli idmançılar təmsil edirlər.

"Report"un Şimal bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, artıq yerli idmançıların ön plana çıxdığını vurğulayıb:

"Ötən il Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri baş tutdu. Ötən il olduğu kimi, bu il də təqvimimiz qış idman növləri üzrə yarışlarla zəngindir. Martın 14-də isə "Şahdağ" turizm mərkəzində fristayl moqul üzrə Dünya Kuboku keçiriləcək. Qeyd olunan yarışlarda Azərbaycanı 100-dən çox idmançı təmsil edir. Bizim üçün sevindirici hal odur ki, artıq başqa ölkələrdən dəvət edilənlər yox, yerli idmançılar ölkəmizi təmsil edirlər. Nəticələr də kifayət qədər yaxşıdır. Fürsətdən istifadə edərək Qış İdman Növləri Federasiyasına təşkilatçılığa görə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Azərbaycanı yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər.

Martın 8-nə kimi davam edəcək yarışda U-18 və U-20 kategoriyasından olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.

Xəbər lenti