Qazaxıstan 2026-cı ilin fevralında Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə ixraca 115 min ton neft göndərib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan" milli "KazTransOil" şirkətinə istinadən məlumat yayıb.
"Bu ilin fevralında Aktau dəniz limanı vasitəsilə BTC neft boru kəməri istiqamətində 115 min ton Qazaxıstan nefti yola salınıb", - şirkətin məlumatında bildirilib.
2026-cı ilin yanvarında BTC ilə Qazaxıstandan 106 min ton neft yola salınıb. Beləliklə, fevralda daşınma 8,5 % artıb.
Ötən ilin yekunlarına əsasən Qazaxıstan BTC ilə 1,2 milyon ton neft ixrac edib.
2026-cı ildə bu göstəricinin 1,6 milyon tona qədər artacağı gözlənilir.