IMG-LOGO

Livanda yaşayış binası aviazərbəyə məruz qalıb, altı nəfər ölüb

04 Mar 2026 12:01 4 baxış
IMG

Livanın Baalbek şəhərində yaşayış binası hava zərbəsinə məruz qalıb, altı nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə NNA agentliyi Mülki Müdafiə İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 15 nəfər yaralanıb, dağıntılar təmizlənir və itkin düşmüş hesab edilən iki nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu martın 2-də Livanda "Hizbullah" qruplaşmasına qarşı əməliyyata başladığını elan edib və onun bir neçə gün davam edə biləcəyini vurğulayıb.

Xəbər lenti