IMG-LOGO

Deputat Vüqar İskəndərov şadlıq saraylarının azaldılıb idman obyektlərinin tikilməsini təklif edib

04 Mar 2026 12:01 4 baxış
IMG

Azərbaycanda şadlıq saraylarının sayı azaldılaraq idman obyektləri tikilməlidir.

"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə deyib.

O, son illərdə idmana marağın artdığını diqqətə çatdırıb:

"Şadlıq saraylarının sayını azaldıb idman obyektləri tikməliyik. İdmana son illərdə axın var. Bu da kifayət qədər effekt verir. Bölgələrdə istedadların erkən aşkarlanmasına ehtiyacımız var. Bəzən legioner idmançılara ehtiyac duyuruq. Bu hələ də davam edir. Ucqar kəndlərdə idmançıları axtarmalıyıq. Regionlarda gənclər və idman idarələri var. Rayonlara yox, ən ucqar kəndlərə getməliyik. Kəndlər bir az geridədir. Demək olar ki, əksər vaxtlarda rayonlarla işləyirik".

Xəbər lenti