IMG-LOGO

Tramp: ABŞ zərurət yaransa İspaniyadakı bazalardan istifadə edəcək

03 Mar 2026 21:35 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hərbçiləri Madridin narazılığına baxmayaraq, İrana qarşı əməliyyatda İspaniyadakı bazalardan istifadə edəcəklər.

"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşündə bildirib.

"İndi isə İspaniya faktiki olaraq bildirib ki, onların bazalarından istifadə edə bilmərik. Biz istəmirik. Əgər istəsəydik, onların bazasından istifadə edə bilərdik. Heç kim bizə heç nə deməyəcəkdi, amma bu bizə lazım da deyil", - Tramp deyib.

Xəbər lenti