IMG-LOGO

Starmer Kiprdəki bazanı qorumaq üçün helikopterlər və esmines göndərildiyini bildirib

03 Mar 2026 21:43 6 baxış
IMG

Böyük Britaniya pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Kiprdəki Akrotiri hərbi bazasında təhlükəsizliyi gücləndirmək üçün helikopterlər və "HMS Dragon" esminesini göndərir.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmer "X" sosial şəbəkəsində bildirib.

"Böyük Britaniya Kiprin və orada yerləşdirilən britaniyalı hərbçilərin təhlükəsizliyini tam dəstəkləyir. Biz müdafiə əməliyyatlarımızı davam etdiririk. Az əvvəl Kipr Prezidenti ilə danışıq zamanı ona bildirdim ki, PUA-ları vura bilən helikopterlər göndəririk. Regionda "HMS Dragon" yerləşdiriləcək. Biz hər zaman Böyük Britaniyanın və müttəfiqlərimizin maraqlarına uyğun hərəkət edəcəyik", - Britaniya hökumətinin rəhbəri yazıb.

Xəbər lenti