IMG-LOGO

Çin İran ətrafındakı münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır

03 Mar 2026 20:08 65 baxış
IMG

Çin İran ətrafındakı münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır.

"Report" İsrail KİV-ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ israilli həmkarı Gideon Saara telefon danışığında bildirib.

"Güc, problemləri həll etməyə həqiqətən qadir deyil; əksinə, o, tez-tez yenilərini yaradır və ciddi nəticələrə yol açır. Hərbi gücün əsl dəyəri döyüş meydanında deyil, müharibənin qarşısını almaqdadır", - Van İ deyib.

Çinin xarici işlər naziri qeyd edib ki, Pekin beynəlxalq və regional məsələlərin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarıdır və regionda vəziyyətin sabitləşməsində konstruktiv rol oynamağa davam etmək niyyətindədir.

Mənbə: report.az

Xəbər lenti