IMG-LOGO

Netanyahu: Qəzzanın idarə edilməsi üzrə şuranın tərkibi İsrail ilə razılaşdırılmayıb

17 Jan 2026 21:19 4 baxış
IMG

Qəzza sektorunun idarə edilməsi üzrə şuranın tərkibi İsrail tərəfindən razılaşdırılmayıb və onun siyasətinə ziddir.

"Report"un məlumatına görə, bu barədə İsrailin hökumət başçısı Benyamin Netanyahunun dəftərxanası bəyanat yayıb.

"Sülh Şurasına tabe olan Qəzzanın idarə edilməsi üzrə şuranın tərkibi haqqında elan İsrail ilə razılaşdırılmayıb və onun siyasətinə ziddir", – deyə bəyanatda bildirilib.

Dəftərxana əlavə edib ki, Netanyahu İsrailin xarici işlər naziri Qideon Saara bu məsələ ilə bağlı ABŞ-nin Dövlət katibi Marko Rubioya müraciət etməyi tapşırıb.

Xatırladaq ki, 9 oktyabr 2025-ci ildə İsrail və Fələstinin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilmiş sülh planının birinci mərhələsinin icrası barədə razılığa gəlib. Növbəti gün Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib. Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini, habelə sektorun idarə olunması üzrə strukturların, o cümlədən Sülh Şurasının fəaliyyətə başlamasını nəzərdə tutur.

Xəbər lenti