İsrail Müdafiə Ordusu İranın Qum şəhərində Ekspertlər Şurasının iclasının keçirilməsi nəzərdə tutulan binaya zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail Hərbi Hava Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, həmin tədbirdə şura üzvləri ölkənin yeni ali rəhbərini seçməli idilər.
Qeyd edilib ki, Ekspertlər Şurası 88 üzvdən ibarətdir. Zərbə zamanı binada olan şəxslərin dəqiq sayı isə məlum deyil.
İran KİV isə öz növbəsində insanların əvvəlcədən binadan təxliyə edildiyini və ölənlərin olmadığını bildirir.