Azərbaycan bərpa olunan enerji sahəsində yüksək potensial nümayiş etdirir.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Əməkdaşlığımızın daha bir sahəsi bərpa olunan enerjidir (BOEM). Azərbaycanın potensialı məni heyran edir. Siz artıq bu potensialdan istifadə edirsiniz və yaxın illərdə onu inkişaf etdirəcəksiniz", - o deyib.
Komissarın sözlərinə görə, BOEM Avropa İttifaqı şirkətlərinin enerji keçidini qarşılıqlı faydalı əsasda asanlaşdırmağa kömək edə biləcəyi sahələrdən biridir.