Sabah Ramazan ayının on dördüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:44-də, iftar vaxtı saat 18:50-dir.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on dördüncü gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah"!
Allah orucunuzu qəbul etsin!
Ramazan ayı dualar ramazan ayının on dördüncü gününün duası