Azərbaycan qazı Avropa üçün son dərəcə vacibdir.
"Report"un məlumatına görə, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunları üzrə keçirilən mətbuat konfransında Aİ-nin energetika məsələləri üzrə komissarı Dan Yorgensen bildirib.
O xatırladıb ki, Avropa İttifaqında Rusiya enerji daşıyıcılarının idxalını dayandırmaq barədə qərar qəbul edilib: "2022-ci ildə biz Avropada istehlak olunan qazın 45 %-ni Rusiyadan idxal etmişik. Biz bu ölkədən çox asılı idik. Ona görə də bu asılılıqdan mərhələli şəkildə azad olmağa başladıq. Bu gün yəqin ki, təxminən 10 % idxal edirik. Lakin hətta 10 % də hələ çoxdur. Biz Rusiya enerji daşıyıcılarının bir molekulunu belə idxal etmək istəmirik. Buna görə də Rusiya qazının idxalına qadağa qoymaq qərarına gəldik ki, bu da artıq qanunvericiliklə təsbit olunub və qüvvəyə minərək bizi asılılığın son qalıqlarından tədricən xilas edir. Belə bir vəziyyətdə, bu cür narahat dünyada biz dostlarımızı daha çox qiymətləndiririk. Tamamilə aydındır ki, Azərbaycandan ala biləcəyimiz qaz bizim üçün son dərəcə vacibdir. Biz bu əməkdaşlıqdan çox razıyıq".