IMG-LOGO

Dan Yorgensen: "Aİ və Azərbaycan enerji üzrə yüksək səviyyəli dialoqa dair razılığa gəlib"

03 Mar 2026 17:50 5 baxış
IMG

Avropa İttifaqı (Aİ) və Azərbaycan Brüsseldə enerji üzrə yüksək səviyyəli dialoq keçirmək barədə razılığa gəlib.

"Report"un məlumatına görə, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunları üzrə keçirilən mətbuat konfransında Aİ-nin energetika məsələləri üzrə komissarı Dan Yorgensen bildirib.

"Aİ ilə Azərbaycan arasında daha sıx inteqrasiya və əlaqələrin inkişafı üçün imkanlar mövcuddur. Ümumilikdə, bu, onsuz da yaxşı olan münasibətləri möhkəmləndirən çox məhsuldar bir gün olub. Biz bu ilin sonlarında Brüsseldə yüksək səviyyəli enerji dialoqu keçirmək barədə razılığa gəldik", - D.Yorgensen əlavə edib.

Avropa komissarı həmçinin qeyd edib ki, Azərbaycana yeni səfəri səbirsizliklə gözləyir.

Xəbər lenti