IMG-LOGO

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb

03 Mar 2026 17:51 6 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 16 milyon 745 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,3 % azdır.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,5 %-i qədər olub.

İl ərzində Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 99,7 % azalaraq 177 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 86,2 % azalaraq 16 milyon 568 min ABŞ dollar olub.

Ay ərzində Böyük Britaniyaya ixrac ümumi ixracın 0,01 %-ni, İsraildən idxal isə ümumi idxalın 1,3 %-ni təşkil edib.

Xəbər lenti