IMG-LOGO

Azərbaycanın TOP-10 dövlət şirkəti qeyri-neft məhsullarının ixracını 22 % azaldıb

03 Mar 2026 16:41 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 2025-ci ilin eyni dövrünün göstəricisi (82,1 milyon ABŞ dolları) ilə müqayisədə 17,9 milyon ABŞ dolları və yaxud 22 % azalaraq 64,2 milyon ABŞ dolları təşkil edib.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 30 % payla Azərbaycan "AzerGold" QSC liderlik edib.

Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:

Şirkət

2026-cı ilin yanvar ayında ixracın dəyəri (milyon ABŞ dolları ilə)

2025-ci ilin yanvar ayında ixracın dəyəri (milyon ABŞ dolları ilə)

Faiz fərqi

"AzerGold" QSC

19,3

15,5

125%

"SOCAR Polymer" MMC

14,9

15,1

98,7%

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

14,4

38,7

37%

"Azəralüminium" MMC

12,7

8,6

148%

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

2,7

4,2

64%

"Naxçıvan Enerji" MMC

0,082

0

-

"Sənayecihaz" EİM

0,054

0

-

"SOCAR-Cape" MMC

0,033

0

-

"Qaradağ Şüşə Zavodu" ASC

0,018

0,010

180%

"Azərxalça" ASC

0,004

0

-

CƏMİ

64,2

82,11

78%

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracının dəyəri illik müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dollarına çatıb.

Xəbər lenti