IMG-LOGO

İsrail ordusu İranda yüksək rütbəli hərbçini öldürüb

03 Mar 2026 16:43 3 baxış
IMG

İsrail Müdafiə Ordusu Tehranda yüksək vəzifəli İran komandirinin öldürüldüyünü bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bu yaxınlarda İsrail Müdafiə Qüvvələri Tehranda yüksək vəzifəli İran komandirinə zərbə endirib, ətraflı məlumat daha sonra veriləcək", - bəyanatda bildirilib.

İsrail mediasının məlumatına görə, hücum SEPAH-ın tərkibindəki Livan Korpusunun komandiri Davud Əlizadəni hədəf alıb.

Xəbər lenti