IMG-LOGO

BƏƏ Müdafiə Nazirliyi: İran ərazimizə 180-dən çox raket və 800 dron buraxıb

03 Mar 2026 16:57 4 baxış
IMG

İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə 186 raket və 812 dron buraxıb.

"Report" xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Ölkəmizə 186 raket buraxılıb, onlardan 172-si məhv edilib, 13-ü dənizə düşüb. Bir raket ərazimizə düşüb. 812 İran dronu qeydə alınıb, onlardan 755-i zərərsizləşdirilib", - məlumatda bildirilib.

Məlumata görə, İranın zərbələri nəticəsində BƏƏ-də üç nəfər həlak olub, 68 nəfər yaralanıb.

Xəbər lenti