IMG-LOGO

"AzerGold"un ixrac gəlirləri 25 %-ə yaxın artıb

03 Mar 2026 17:00 3 baxış
IMG

Bu ilin yanvar ayında "AzerGold" QSC 19,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın fevral buraxılışına istinadən xəbər verir.

Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 3,8 milyon ABŞ dolları və ya 24,5 % çoxdur.

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.

Xəbər lenti