IMG-LOGO

SOCAR-ın idarəsi qeyri-neft ixracından yanvarda 14 milyon dollardan çox gəlir əldə edib

03 Mar 2026 16:00 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 14,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Bildirilir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 2,7 dəfə azdır.

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.

Xəbər lenti