IMG-LOGO

Stüart Şou: "Gələn ilədək "upstream" sahəsinə investisiyaları təxminən 10 milyard dollara çatdırmağı planlaşdırırıq"

03 Mar 2026 14:52 8 baxış
IMG

Neft və təbii qaza gələn onilliklər boyunca tələbat qorunub saxlanılacaq.

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrinə həsr olunmuş mətbuat konfransında səsləndirib.

Onun fikrincə, bu forum regionda enerji sektorunun perspektivlərini müzakirə etmək üçün aparıcı platformalardan birinə çevrilib:

"Onun əhəmiyyəti gündən-günə böyüyür. Qlobal səviyyədə enerjiyə olan ehtiyac artmaqda davam edir. Biz "enerjiyə əlavə" dövrünü yaşayırıq. Artan tələbatın ödənilməsi üçün dünyaya həm ənənəvi, həm də aşağı karbonlu enerji qaynaqları lazımdır. Həqiqətən, neft və təbii qaza qarşıdakı onilliklər boyu ehtiyac duyulacaq. Yaxın gələcəkdə, xüsusən inkişaf etməkdə olan iqtisadiyyatlarda təbii qaza yüksək tələbatın olacağını proqnozlaşdırırıq".

S. Şou vurğulayıb ki, BP hazırda dəyər formalaşdıran və gələcək inkişafı təmin edən layihələri həyata keçirir: "2027-ci ilə qədər "upstream" sahəsinə yönəldilən investisiyaları təqribən 20 % artıraraq illik təxminən 10 milyard ABŞ dolları səviyyəsinə çatdırmağı planlaşdırırıq. Biz öz strategiyamıza inanırıq. Çünki iri və mürəkkəb yataqların istismarı və inteqrasiya olunmuş neft-qaz dəyər zəncirlərinin idarə edilməsi sahəsində zəngin təcrübəyə malikik".

Xəbər lenti