IMG-LOGO

İsrail Müdafiə Ordusu İranla bağlı əməliyyatın müddətini açıqlayıb

03 Mar 2026 13:32 4 baxış
IMG

İsrail hərbçiləri İrana qarşı bir neçə həftə davam edə biləcək uzunmüddətli əməliyyata hazırlaşır, lakin quru qoşunlarının yerləşdirilməsi ehtimalı azdır.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Nadav Şoşani jurnalistlərə bəyanat verib.

"Biz bir neçə həftəlik ümumi plan hazırlamışıq", - N.Şoşani onlayn brifinqdə bildirib.

O əlavə edib ki, hərbi əməliyyatın müddəti hadisələrin gedişatından asılı olaraq dəyişə bilər.

N.Şoşani, həmçinin əməliyyatın başlanğıcından bəri əldə edilən irəliləyişdən danışıb. İsrail quru qoşunlarının İrana göndərilməsi ehtimalı barədə suala Şoşani bu ehtimalın az olduğunu bildirib.

"Hazırkı mərhələdə bunun İsrail qüvvələri üçün çox ehtimal olunan variant olduğunu düşünmürəm", – o bildirib.

Xəbər lenti