IMG-LOGO

Zelenski: Ukraynada seçkilər yalnız müharibə başa çatdıqdan sonra keçiriləcək

03 Mar 2026 13:35 5 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkilərinin yalnız Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra keçirilə biləcəyini bəyan edib.

"Report" xəbər verir ki, Ukrayna dövlətinin başçısı bunu "Corriere della Sera"ya müsahibəsində bildirib.

"Seçkilər şübhəsiz ki, müharibə başa çatdıqdan sonra keçiriləcək, müvəqqəti atəşkəs zamanı deyil. Mən namizədliyimi irəli sürəcəyimə heç əmin deyiləm - ukraynalıların nə istədiyinə baxacağam", - o deyib.

Bununla yanaşı Zelenski bəyan edib ki, ABŞ-nin hərbi yardımının Avropa yardımı ilə əvəz edilməsi məsələsi Aİ-dəki tərəfdaşlarla müzakirə olunur.

"Biz bunu avropalılarla müzakirə edirik. Qüvvələrimizi birləşdirməliyik - əgər Birləşmiş Ştatlar hərbi yardımı dayandırsa, özümüzü müdafiə etməyə hazır olmalıyıq. Avropanın sərvətləri və sənayesi var, lakin o, hərbi sahədə hələ inkişaf etməyib - ona bizim təcrübəmiz lazımdır. Bu gün avropalılar əvvəlkindən daha sürətlidirlər, lakin onlar hələ Birləşmiş Ştatları əvəzetmə qabiliyyətində deyillər",- o bildirib.

V.Zelenski həmçinin qeyd edib ki, Ukrayna Avropanı Rusiya-Ukrayna müharibəsinə cəlb etmək istəmir: "Mən avropalıları öz ərazimizdə Rusiyaya qarşı müharibəmizə cəlb etmək istəmirəm".

Xəbər lenti