IMG-LOGO

Mariam Kvrivişvili: "Gürcüstan Cənub Qaz Dəhlizi çərçivəsində etibarlı tranzit rolunu oynayır"

03 Mar 2026 13:41 4 baxış
IMG

Gürcüstan Cənub Qaz Dəhlizi çərçivəsində etibarlı tranzit ölkə rolunu oynayır.

"Report" xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, ölkə regional və Avropa bazarları üçün enerji təchizatının şaxələndirilməsinə və təhlükəsizliyinə töhfə verir: "Davamlı regional əməkdaşlıq və gücləndirilmiş bağlantılar təhlükəsiz və dayanıqlı enerji gələcəyinin əsas dayağı olaraq qalır".

Nazir qeyd edib ki, Gürcüstan 2036-cı ilədək elektrik enerjisi istehsalında özünü tam təmin etməyi hədəfləyir: "Bu məqsədə bərpa olunan enerji və ötürücü infrastruktur sahələrinə, o cümlədən yeni sərhədlərarası bağlantıların inkişafına yönəldilmiş əhəmiyyətli investisiyalar hesabına nail olacaq".

Xəbər lenti