IMG-LOGO

Zelenski: Növbəti danışıqlar İsveçrə, Türkiyə və ya Avstriyada baş tuta bilər

03 Mar 2026 13:49 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli danışıqların (Ukrayna-ABŞ-Rusiya) növbəti raundunun martın 5-i və ya 6-da keçirilə biləcəyini bildirib, danışıqların keçirilmə yeri kimi İsveçrə, Türkiyə və Avstriya nəzərdən keçirilir.

"Report" xəbər verir ki, o bunu "Corriere della Sera"ya müsahibəsində bəyan edib.

"Heç kim növbəti üçtərəfli görüşü, hətta İrana hücumlardan sonra belə təxirə salmayıb. O, martın 5-i və ya 6-da baş tuta bilər. Ola bilsin ki, Əbu-Dabidə olmayacaq. Mən Cenevrəni və ya ən azı Avropanı üstün tutardım, çünki müharibə bizim qitəmizdə gedir", - V.Zelenski qeyd edib.

Onun sözlərinə görə, əgər Rusiya neytral yer istəyirsə, o zaman danışıqlar üçün Avstriya, Vatikan və ya Türkiyə uyğun ola bilər.

V.Zelenski vurğulayıb ki, Ukrayna yaxın zamanda Rusiya ilə yeni əsir mübadiləsinə ümid edir.

Xəbər lenti