IMG-LOGO

Azərbaycan Xorvatiya şirkəti ilə "yaşıl enerji" sahəsində sənəd imzalayıb

03 Mar 2026 13:50 4 baxış
IMG

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənəd Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları çərçivəsində imzalanıb.

Sənədi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə "Energia Naturalis d.o.o" şirkətinin İdarə Heyətinin sədri Bostjan Napast arasında imzalanıb.

İmzalanma mərasimində çıxış edən Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti ilə imzalanan Anlaşma Memorandumu ilə bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıqla bağlı təhlillərin aparılması və mümkün layihə istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur: "Bu, Xorvatiyanın kifayət qədər nüfuzlu və geniş portfelə malik olan şirkətidir. O, yalnız bərpa olunan enerji sahəsində fəaliyyət göstərmir. Ona görə də belə hesab edirik ki, bizim istər bərpa olunan enerji mənbələrinin ərazilərinin Azərbaycanda diversifikasiyası, istər işlədiyimiz şirkətlərin coğrafiyasının diversifikasiyası ciddi rəqabət yaratmağa və son nəticədə ölkəmiz üçün ən sərfəli kommersiya şərtlərinə nail olmağa dəstək verəcək".

Xəbər lenti