IMG-LOGO

Trayço Traykov: "Bolqarıstan SGC-nin strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib"

03 Mar 2026 13:56 5 baxış
IMG

Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorunun istismarına verilməsi ilə Bolqarıstan faktiki olaraq Cənub Qaz Dəhlizinin (SGC) strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib.

"Report" xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Trayço Traykov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, bu dəhliz Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rolunu artıq sübut edib: "Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyir".

T.Traykov qeyd edib ki, enerji sektorunda mövcud çağırışlar Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış etibarlı tərəfdaşlıqlar kimi möhkəm əməkdaşlıq mexanizmlərini tələb edir: "Bu əməkdaşlıq artıq "yaşıl enerji dəhlizləri" və zonaları təşəbbüslərinə də şamil olunmaqdadır. Bolqarıstan "Yaşıl Enerji Dəhlizi" layihəsini ilk vaxtdan dəstəkləyən ölkədir."

Xəbər lenti