Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, "Drujba" neft kəmərinin təmiri yalnız atəşkəsdən sonra mümkündür.
"Report" xəbər verir ki, Zelenski bunu "Corriere della Sera"ya müsahibəsində bəyan edib.
O qeyd edib ki, Rusiya qoşunları kəməri dəfələrlə bombalayıb və onun təmiri ilə məşğul olan Ukrayna texniklərə hücum edib: "Mən bunu Slovakiyanın Baş naziri Robert Fitsoya izah etdim: kəmər dağıdılıb, onun təmiri üçün atəşkəs lazımdır".
"Drujba" neft kəməri Rusiya neftinin Slovakiya və Macarıstana tədarükü üçün istifadə olunur.
Qeyd edək ki, bu il yanvarın 27-də Slovakiya və Macarıstana "Drujba" ilə neft tranziti Rusiyaya məxsus pilotsuz uçuş aparatının zərbəsindən sonra dayandırılıb. Zərbə Ukraynanın qərbindəki avadanlığın zədələnməsi səbəb olub.
Slovakiya və Macarıstan dəfələrlə Ukraynadan bu boru kəməri ilə neft tranzitinin bərpasını tələb edib.