IMG-LOGO

Azərbaycan ötən il Rusiya şokoladının alıcılarının ilk beşliyinə daxil olub

03 Mar 2026 12:31 4 baxış
IMG

Azərbaycan 2025-ci ildə Rusiyadan ümumi dəyəri 62 milyon ABŞ dollarından çox məbləğdə şokolad idxal edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Aqroeksport" Federal Mərkəzi məlumat yayıb.

Ümumilikdə ötən il Rusiya 985 milyon ABŞ dolları məbləğində şokolad ixrac edib: "Beləliklə, şokolad ixracından əldə olunan gəlir üzrə tarixi rekord müəyyənləşib, bundan əvvəl maksimum 2021-ci ildə - 864 milyon ABŞ dolları - qeydə alınmışdı".

Dəyər ifadəsində tədarük təxminən 224 min ton təşkil edib. Bu göstəricinin dinamikası açıqlanmır.

Əsas idxalçı təxminən 300 milyon ABŞ dolları dəyərində şokolad alan Qazaxıstan olub. Belarusa təxminən 188 milyon ABŞ dolları dəyərində, Özbəkistana 107 milyon ABŞ dolları dəyərində, Qırğızıstana isə 77 milyon ABŞ dolları dəyərində şokolad göndərilib.

Xəbər lenti