Bu ilin yanvar ayında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 57 milyon 132 min ABŞ dolları təşkil edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.
Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,6 %-i qədər olub.
İl ərzində Azərbaycanın İrana ixracının dəyəri 57 % artaraq 960 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 1,5 % artaraq 56 milyon 172 min ABŞ dolları olub.
Ay ərzində İrana ixrac ümumi ixracın 0,04 %-ni, İrandan idxal isə ümumi idxalın 4,3 %-ni təşkil edib.