IMG-LOGO

Oman Sultanlığı Dukm limanındakı yanacaq çənlərinə dron hücumunu pisləyib

03 Mar 2026 12:58 4 baxış
IMG

Oman Sultanlığı Dukm kommersiya limanındakı yanacaq çənlərindən birinə pilotsuz uçuş aparatlarının hücumunu pisləyib.

"Report" xəbər verir ki, bu barədə hökumətin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"Oman Sultanlığı Dukm kommersiya limanındakı yanacaq çənlərindən birinə bir neçə dronun hücumunu pisləyir. Dəymiş ziyan nəzarətə alınıb, xəsarət alan yoxdur", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Dukm limanındakı yanacaq çəni Yaxın Şərqdə gərginliyin başlanmasından bəri ikinci dəfə PUA hücumuna məruz qalıb.

Xəbər lenti