2026-cı il fevral ayı ərzində 12 stomatoloq barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2026-cı il fevral ayı ərzində 3 plastik cərrah barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb:
"Protokollar əsasən sertifikasiya şəhadətnaməsi olmaması və lisenziyadankənar fəaliyyətlə əlaqədardır".
Qeyd edolunub ki, fevral ayında, ümumilikdə, 34 yoxlama keçirilib.
plastik cərrahlar