IMG-LOGO

ABŞ vətəndaşlarını İsraildən çıxarmaqda problemlə üzləşib

03 Mar 2026 11:39 4 baxış
IMG

ABŞ-nin İsraildəki səfirliyi amerikalı vətəndaşları təxliyə etmək və ya onlara bu ölkədən çıxmaqda birbaşa yardım göstərmək imkanının olmadığını bildirib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

Həmçinin səfirlik İsrail Turizm Nazirliyi tərəfindən Misirlə sərhəddə yerləşən "Taba" keçid məntəqəsinə qədər təşkil olunan marşrut avtobusları barədə məlumat təqdim edib.

Bununla yanaşı qeyd olunub ki, ABŞ səfirliyi bu marşrutun istifadəsi ilə bağlı heç bir tövsiyə (lehinə və ya əleyhinə) verə bilmir.

Xəbər lenti