IMG-LOGO

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub

03 Mar 2026 11:51 4 baxış
IMG

İsrail Müdafiə Ordusu ölkənin şimalındakı yaşayış məntəqələrinin cəbhə müdafiəsi üzrə əməliyyata başlayıb.

"Report" xəbər verir ki, bu barədə ordu məlumat yayıb.

"91-ci diviziyanın qüvvələri Livanın cənubunda fəaliyyət göstərir və cəbhə müdafiəsinin gücləndirilməsi konsepsiyası çərçivəsində bu bölgədə bir neçə mövqeni tutur", - İsrail hərbçilərinin məlumatında deyilib.

Qeyd olunub ki, İsrail ordusu ölkənin şimal sakinləri üçün əlavə təhlükəsizlik səviyyəsinin yaradılması üzərində işləyir.

Bildirilib ki, bunun üçün ordu İsrail ərazisinə təhdidlərin qarşısını almaq məqsədilə "Hizbullah"ın infrastrukturuna məqsədyönlü zərbələr endirir.

Xəbər lenti