IMG-LOGO

İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb

03 Mar 2026 11:58 4 baxış
IMG

Avropada təbii qazın birja qiymətləri 2025-ci ilin fevralından bəri ilk dəfə min kubmetr üçün 600 ABŞ dollarını ötüb.

"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Bu cür dinamika İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının bağlanması barədə bəyanatları fonunda qeydə alınıb.

Niderlandda TTF habında aprel fyuçersinin dəyəri min kubmetr üçün təxminən 630 ABŞ dollarına yüksəlib.

Günün əvvəlindən kotirovkaların qiymət artımı 17 %-ə çatıb.

Xəbər lenti