IMG-LOGO

Omanın Dukm limanında PUA yanacaq çənini vurub

03 Mar 2026 12:04 4 baxış
IMG

Omanın Dukm kommersiya limanında yanacaq çəni pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Omanın milli xəbər agentliyi məlumat yayıb.

Nəticədə liman ərazisindəki yanacaq çənlərindən biri vurulub. İtki yoxdur. Dronun hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilmir.

Qeyd edək ki, Dukm kommersiya limanı martın 1-də də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmışdı. Hadisə nəticəsində bir əcnəbi işçi yaralanmışdı.

Xəbər lenti