IMG-LOGO

Tramp: ABŞ müharibələri əbədi apara bilər və böyük qələbəyə hazırdır

03 Mar 2026 09:38 5 baxış
IMG

Prezident Donald Tramp ABŞ-nin silah ehtiyatlarının yüksək səviyyədə olduğunu və hərbi əməliyyatları əbədi, üstəlik, çox uğurlu şəkildə aparmağa imkan verdiyini bəyan edib.

"Report" xəbər verir ki, o bunu "Truth Social"da yazıb.

"Birləşmiş Ştatların orta və yuxarı orta səviyyələrdəki silah ehtiyatları heç vaxt bu qədər yüksək və yaxşı olmayıb. Bu gün mənə bildirildiyi kimi, bizim bu silahların praktiki olaraq qeyri-məhdud ehtiyatı var. Müharibələr yalnız bu ehtiyatlardan istifadə etməklə əbədi və çox uğurlu şəkildə aparıla (bunlar digər ölkələrin ən müasir silahlarından daha yaxşıdır!) bilər", - o yazıb.

Bununla yanaşı, ABŞ Prezidenti etiraf edib ki, ən yüksək texnologiyalı sistemlər seqmentində ölkə hələ "olmaq istədiyi yerdə deyil", lakin belə silahların bir hissəsi digər ölkələrdəki anbarlarda yerləşdirilib.

D.Tramp, həmçinin ABŞ-nin sabiq prezidenti Cozef Baydeni tənqid edərək bildirib ki, o, Ukraynaya böyük həcmdə müasir silah ötürüb, lakin onun vaxtında bərpasını təmin etməyib.

ABŞ Prezidenti ölkənin müdafiə qabiliyyətini gücləndirməyə davam etdiyini vurğulayıb. O əlavə edib ki, ABŞ tam təmin olunub və böyük qələbəyə hazırdır.

Xəbər lenti