IMG-LOGO

İndoneziyanın sahillərində 6,1 maqnitudalı zəlzələ olub

03 Mar 2026 09:48 4 baxış
IMG

İndoneziyanın sahillərində 6,1 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 15 min nəfərin yaşadığı Sinabanq şəhərindən 66 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 26 km dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti