Ramazan ayında Türkiyədə təşkil edilən iftar süfrələrinin təşkili soydaşları bir araya gətirmək üçün vasitə deyil, fürsətdir.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Dini İşlər üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O, deyib ki, onların özlərini bütün sahələrdə olduğu kimi, din və mənəviyyat baxımından da Azərbaycan dövlətinin qayğısında hiss etmələri mənəvi həmrəyliyi artırmağa xidmət edir:
"Mənəvi baxımdan soydaşlarımızı dəstəkləməyimiz iki ölkə arasında bağlılıqları bir daha möhkəmləndirmək üçündür. Odur ki, Azərbaycanla soydaşlarımız arasında mənəvi dini birliyi, həmrəyliyi gücləndirmək üçün iftar mərasimləri Ramazan ayında gözəl bir fürsətdir. Və biz də bu fürsəti dəyərləndirməyə çalışırıq".