Geoloqlar ABŞ-nin "52-ci zona" kimi tanınan məxfi "Tonopa" poliqonu ərazisində bir sıra kiçik tezlikli zəlzələlər qeydə alıblar.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Məlumata görə, ötən həftə ərzində ABŞ Geoloji Xidmətinin alimləri poliqonun 80 km radiusunda tezliyi 1,0-dan 3,0-a qədər dəyişən 100-dən çox seysmik hadisə müşahidə ediblər.
Qeyd olunub ki, zəlzələlərin tez-tez baş verməsi İsrail və ABŞ tərəfindən İranın bombardman edilməsi, həmçinin ABŞ Prezidenti Donald Trampın regiona yaxınlaşan "böyük zərbə dalğası" barədə sözləri fonunda baş verib.
"52-ci zona" ABŞ-nin ciddi şəkildə məxfi saxlanılan hərbi bazasıdır və bu poliqon uzun müddət silah sınaqları üçün istifadə edilib. Qəzet vurğulayıb ki, bu zəlzələlər sadəcə regiondakı normal geoloji aktivliyin uzunmüddətli dövrü də ola bilər.