ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ər-Riyaddakı səfirliyə edilən hücuma cavab verəcək.
"Report"un məlumatına görə, bu barədə "NewsNation" telekanalının jurnalisti Kelli Meyer bildirib.
"Mən yenicə prezident Trampla danışdım. O dedi ki, ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücuma və amerikalı hərbçilərin öldürülməsinə cavabın necə olacağını tezliklə öyrənəcəksiniz", - jurnalist "X" sosial şəbəkəsində yazıb.
Tramp jurnalistə onu da bildirib ki, İrana qoşun yeritməyi zəruri hesab etmir.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-nin Ər-Riyaddakı səfirliyi iki pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb və diplomatik missiyanın ərazisində yanğın baş verib.
"Fox News" telekanalının jurnalisti Cennifer Qriffinin məlumatına görə, bina əvvəlcədən boşaldıldığı üçün insident nəticəsində xəsarət alan olmayıb.