IMG-LOGO

Dubayda ABŞ hərbçilərinin toplaşdığı məkan vurulub, 40 nəfər həlak olub

03 Mar 2026 04:25 4 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) həyata keçirdiyi kombinə edilmiş PUA və raket hücumu nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 40-dan çox amerikalı hərbçi öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-a istinadən məlumat yayıb.

Bildirilib ki, HDQ-nin Dubay şəhərində amerikalıl hərbçilərin toplaşdığı məkanlardan birinə PUA hücumu zamanı orada 160-dan çox dəniz piyadası olub.

Sahə məlumatlarına əsasən, HDQ-nin döyüş bölmələri tərəfindən həyata keçirilən kombinə edilmiş PUA və raket hücumu nəticəsində 40-dan çox ABŞ hərbçisi məhv edilib. Yaralıların sayının isə 70-dən çox olduğu bildirilir.

Xəbər lenti